Şahmat Federasiyasının vitse-prezidenti müharibədə həlak oldu
    • 27-11-2023, 09:15
    • 148

Şahmat Federasiyasının vitse-prezidenti müharibədə həlak oldu

Ukraynanın Şahmat Federasiyasının vitse-prezidenti Artyom Saçuk cəbhədə həlak olub.

News24.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

"Ukraynalı könüllü əsgər Artyom Saçuk Rusiya işğalçılarına qarşı azadlıq müharibəsində həlak olub", - Federasiya qeyd edib.

Şahmat xadiminin hansı şəraitdə öldüyü hələlik bəlli deyil.

Qeyd edək ki, onun 38 yaşı olub. Hələ aprel ayında Saçuk "Ukraynaya hərbi xidmətə görə" medalı ilə təltif edilmişdi.