Azərbaycanda icra hakimiyyətinin binası yandı
    • 27-11-2023, 09:30
    • 221

Azərbaycanda icra hakimiyyətinin binası yandı

Gədəbəydə yanğın hadisəsi baş verib.

News24.az APA-ya istinadən bildirir ki, hadisə Gədəbəy Rayon İcra Hakimiyyətinin binasında qeydə alınıb. Belə ki, binada anidən yanğın başlayıb. Birinci mərtəbədə kompüter otağında masalar və tavan yanıb.

Əraziyə FHN-in Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Dərhal əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. Tezliklə yanğın söndürlüb. Yanğın zamanı xəsarət alan olmayıb.