Axtarışda olan 124 nəfər saxlanıldı
    • 27-11-2023, 09:55
    • 126

Axtarışda olan 124 nəfər saxlanıldı

25-26 noyabr tarixlərində ölkə ərazisində qeydə alınan 96, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 124, o cümlədən borclu şəxs qismində axtarışda olan 92 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 30 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.