Polisdən ƏMƏLİYYAT: Axtarışda olan 60 nəfər SAXLANILDI
    • 8-09-2022, 10:41
    • 252

Polisdən ƏMƏLİYYAT: Axtarışda olan 60 nəfər SAXLANILDI

Sentyabrın  7-də ölkə ərazisində qeydə alınan 99, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə News24.az-a DİN mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 67, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 104 nəfər saxlanılıb.