Vətəndaşlar odlu silahları polisə təhvil verdi
    • 27-11-2023, 15:57
    • 145

Vətəndaşlar odlu silahları polisə təhvil verdi

Yevlax rayonunda vətəndaşlar odlu silahları polisə təhvil veriblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Növbəti tədbir zamanı polis əməkdaşları tərəfindən daha 3 odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.