Saatlı sakini odlu silahı polisə təhvil verdi
    • 18-05-2021, 09:45
    • 354

Saatlı sakini odlu silahı polisə təhvil verdi

Saatlı rayon sakini odlu silahı polisə təhvil verib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarla müntəzəm şəkildə aparılan profilaktiki tədbirlər nəticəsində rayonun Xanlarkənd kənd sakini Vüqar Əzizov müvafiq sənədləri olmayan “TOZ-63” markalı qoşa lüləli ov silahını könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.