Borel münaqişənin həllini təklif etdi:
    • 27-11-2023, 17:08
    • 134

Borel münaqişənin həllini təklif etdi: " iki dövlətin yaradılması.."

İsrail-Fələstin münaqişəsinin sonu yaxınlaşmaya bilər, lakin siyasi prosesi davam etdirmək üçün addımlar atmaq lazımdır

News24.az xəbər verir ki, bu barədə Avropa Diplomatiyasının rəhbəri Cozef Borel bildirib.

Borel müəyyən məsələlərin üzərində razılaşmanın əldə oluna biləcəyini vurğulayıb.

“Birincisi, HƏMAS-ın siyasi və hərbi qüvvə kimi Qəzzaya qayıtmasının qarşısını almaq lazımdır. Bu təşkilat hər kəsə, o cümlədən fələstinlilərə zərər verib. 

İkincisi, Qəzza zolağının parçalanmasının Qəzzanın İsrail tərəfindən yenidən müstəmləkəçiliyinin qarşısını almaq lazımdır. Üçüncüsü isə İordan çayının qərb sahilinin qeyri-qanuni müstəmləkəçiliyinin qarşısını almaq üçün çalışmaq lazımdır”, - o  deyib.

Onun sözlərinə görə, Fələstin-İsrail münaqişəsinin həllinin açarı hər iki xalq üçün iki dövlətin yaradılmasıdır.

Qeyd edək ki, noyabrın 27-si İsrail və HƏMAS arasında əldə olunan dörd günlük atəşkəsin son günüdür. Atəşkəsin ilk 3 günü ərzində ümumilikdə HƏMAS əksəriyyəti qadın və uşaqlar olmaqla 58 girovu, İsrail həbsxanalarından isə 117 fələstinli məhbusu azad edib. 

Ayşən