-
- 5-04-2019, 15:39
- 764
Ali təhsil ocaqlarında BMT modeli klubları formalaşdırılıb
“Əsas hədəf gənclər arasında fikir mübadilsənin aparılmasından ibarətdir”.
News24.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev Bakıda keçirilən III MilliMUN konfransının məqsədi barədə danışarkən məlumat verib: “Proqram çərçivəsində BMT modeli adlanan konfransların keçirilməsi nəzərdə tutulur. Gənclər BMT-nin müxtəlif qurumlarının iclaslarını canlandırır, müxtəlif mövzuları müzakirəyə çıxarırlar. Əsas hədəf gənclər arasında fikir mübadilsənin aparılması, debatların təşkil edilməsindən ibarətdir. Gələcəkdə ola bilsin ki, həmin gənclər peşəkar diplomat olaraq formalaşacaq. Hazırda III MilliMUN konfransına iştirak üçün 250 gənc seçilib. Bu üç gün ərzində gender bərabərliyi və ekoloji, beynəlxalq münasibətlər mövzusunda iclaslar keçiriləcək. Artıq ali təhsil ocaqlarında BMT modeli klubları formalaşdırılıb. Biz bölgələrdə də konfranslar keçiririk, yay düşərgələri təşkil edirik. Bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcək”.
Afaq Mirayiq