-
- 4-12-2018, 14:49
- 1 139
Moskvada MDB Gənclər Forumu keçirilir
Rusiyanın TASS agentliyinin binasında Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Gənclər Forumunun açılışı olub.
Tədbir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Rusiya Gənclər üzrə Federal Agentliyinin, MDB ölkələri Gənclər Şurasının təşkilatçılığı və Rusiyanın Gənclər və Uşaqlar üzrə Birlikləri Şurasının dəstəyi ilə təşkil olunub. Forumda gənclərin ictimai təşkilatlarının liderləri və MDB ölkələrində gənclər siyasətinin həyata keçirilməsinə məsul icra hakimiyyəti orqanlarının təmsilçiləri iştirak edirlər.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Məryəm Məcidova forumun açılışında çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti, gənclər təşkilatlarının fəaliyyəti barədə məlumat verib.
Forumda ARGTMŞ-in, Gənclər və İdman Nazirliyinin nümayəndələrinin iştirak etdiklərini vurğulayan M.Məcidova müsahibəsində deyib: “Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən MDB ölkələrinin gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir. 2013-cü ildə MDB gənclər təşkilatlarının Ekoloji Forumu, bu yaxınlarda isə Könüllülərin Beynəlxalq Gənclər Forumu Bakıda keçirilib. Biz, həmçinin MDB Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu ilə əlaqələrimizi genişləndiririk. Moskvada keçirilən bu forumda Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə bağlı tədbirlər planı, MDB ölkələri gənclər təşkilatlarının 2030-cu ilədək beynəlxalq əməkdaşlıq strategiyasının hazırlanması və digər məsələlər müzakirə olunur. Forum çərçivəsində nəzərdə tutulan “dəyirmi masa”lar və plenar iclaslar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda və Qələbə Muzeyində keçiriləcək”
M.Məcidova forumda geniş mədəni proqramın də nəzərdə tutulduğunu vurğulayıb.
//AZƏRTAC