-
- 5-04-2019, 15:23
- 1 100
III MilliMUN – BMT Modeli üzrə Milli konfransın açılış mərasimi keçirilib - FOTO - VİDEO
Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramının birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını təmin etmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində III MilliMUN – BMT Modeli üzrə milli konfransın açılış mərasimi baş tutub.
News24.az-ın məlumatına görə, üç gün davam edəcək tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Təhsil Nazirliyi, Ailə, Qadın, Uşaq Komitəsinin və digər qurumların nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezident Adminstrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri İrfan Davudov konfransın təşkilini yüksək qiymətləndərib: “Bu geniş imkanlardan maksimum istifadə etməklə bilikli, savadlı müasir texnologiyalardan ən səmərəli şəkildə istifadə etməyi bacaran və əsil Azərbaycan vətəndaşları kimi yetişməlidirlər. Bu baxımdan yığışdığımız konfrans olduqca böyük əhəmiyyət kəsb edir”.
Konfransda o da bildirilib ki, BMT Modeli üzrə I Milli Konfrans 2016-cı ildə, II MilliMUN isə 2017-ci ildə Bakıda keçirilib. BMT Modeli hərəkatının dəstəklənməsi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına daxil edilib. BMT Modeli gənclərə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası və digər BMT qurumlarının real həyat simulyasiyasıdır.
BMT Modelində gənclər təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr aparır və seçilən mövzu üzrə mövcud problemləri həll etmək üçün tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır və qətnamə qəbul etməyə çalışırlar. Belə ki, BMT Modeli iştirakçılara öz şəxsi və iş bacarıqlarını artırmağa imkan verən bir vasitədir. BMT Modeli ilə məşğul olan zaman gənclər xarici dil, danışıq, təqdimat, əlaqə, rəsmi yazı və ünsiyyət bacarıqlarını inkişaf etdirir, Birləşmiş Millətlər Təşkilatına daxil olan qurumlar və ölkələr haqqında, həmçinin müzakirə edilən mövzular barədə olan biliklərini təkmilləşdirirlər.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası - Mərkəzi Afrika Respublikasındakı böhran, BMT Qadınlar təşkilatı (UNWOMEN) - Qadınlar və kişilər arasında bərabər ödəniş, BMT Baş Assambleyası - Rəqəmsal vətəndaşlığa keçidin perspektivləri, BMT Ətraf Mühit Proqramı (UNEP) - Tekstil sənayesinin ətraf mühitə təsiri ilə bağlı aparılır.
Afaq MİRAYİQ