Eldar Xəzərin ortasında piano çaldı - VİDEO
    • 5-04-2019, 15:44
    • 1 339

Eldar Xəzərin ortasında piano çaldı - VİDEO

Müğənni Eldar Qasımov “Məsafələr” adlı yeni mahnı və klipini təqdim etməyə hazırlaşır.

News24.az xəbər verir ki, ifaçı yaxın günlərdə təqdimatı baş tutacaq yeniliyi haqda danışarkən bunları deyib: “Bu həm Azərbaycan, həm də ingilis dilində mahnı olacaq. Çünki, hədəfimiz iki bazardı. Bu klipdə işbirliyi qurduğum komanda ilə bundan öncə də bir araya gəlmişdik.  Səkkiz ildir tanışıq. Dəniz qırağında piano ilə çəkiliş etmək çoxdankı istəyimiz idi. Dəniz qırağındakı çəkilişimiz bitdikdən sonra kənardan gördük ki, insanlar həmin pianonun yanında şəkil çəkrirlər. Beləliklə biz özümüz də bilmədən Xəzər dənizinin sahilində yeni və maraqlı bir işə imza atdıq. Çox fərqli mənzərə idi.

“Məsafələr” mahnısı digərləri kimi mənim üçün önəmlidir. Bu mahnı məsafəli münasibətlərdən bəhs edəcək. İstəyirəm ki, belə hal ilə rastlaşanlara dəstək olum”.