Məktəblilər sinif yoldaşını pəncərədən ATDI
    • 28-11-2023, 11:28
    • 598

Məktəblilər sinif yoldaşını pəncərədən ATDI

Moskvanın Taqanski rayonunda 13 yaşlı məktəbli qız sinif yoldaşları tərəfindən pəncərədən atılıb. 

News24.az xəbər verir ki, bu barədə Life Shot-a istinadən xəbər verir.

Hadisə Taqanski rayonunda yerləşən “Erudite” özəl məktəbində baş verib. Məlum olay nəticəsində məktəbli qız onurğasından ciddi xəsarətlər alıb.

Qız bildirib ki, tənəffüs zamanı sinif yoldaşları ilə oynayıb, bir anda uşaqlardan biri pəncərəni açıb və bir neçə uşaq birləşərək onu itələyiblər. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Nəzrin