Qaxda “Kalaşnikov” avtomatı tapıldı - VİDEO
    • 28-11-2023, 12:27
    • 155

Qaxda “Kalaşnikov” avtomatı tapıldı - VİDEO

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı rayon ərazisindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus sandıqça və 30 ədəd patron aşkar edilərək götürülüb.

Keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə Qax rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 4 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.