Bu ölkə bayrağının dizaynını dəyişdirəcək - MÜHÜM QƏRAR
    • 28-11-2023, 13:40
    • 185

Bu ölkə bayrağının dizaynını dəyişdirəcək - MÜHÜM QƏRAR

Qırğızıstanda dövlət bayrağının dizaynı dəyişdiriləcək.

News24.az xəbər verir ki, Qırğızıstan parlamentinin saytında verilən məlumata görə, Ali Şuranın  Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və reqlament komitəsi dəyişiklikləri təsdiqləyib.

Komitə bu gün “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə birinci oxunuşda baxaraq təsdiqləyib.

Qanun layihəsində Qırğızıstan Respublikasının bayrağındakı şüaların formasının dalğavaridən günəş şüalarını açıq şəkildə xatırladan formaya dəyişdirilməsi təklif edilir.

Nəzrin