Restoranda işçini qaynar su ilə yandırdılar — ANBANA VİDEO
    • 28-11-2023, 15:32
    • 277

Restoranda işçini qaynar su ilə yandırdılar — ANBANA VİDEO

Omskda iki sərxoş kişi restoranda əlbəyaxa dava edib. 

News24.az xəbər verir ki, bu barədə Omsk №1 Teleqram kanalı məlumat yayıb.

Telegram kanalının məlumatına görə, hadisə Rojdestvenski küçəsində yerləşən yeməkxanada baş verib. Sərxoş olan şəxslər müəssisənin əməkdaşı ilə münaqişəyə başlayıb.

Bundan sonra işçi onlardan bir neçə dəfə binanı tərk etməyi xahiş edib. Lakin bu sözlər sərxoş qonaqları qəzəbləndirib və onlar bar piştaxtasının üstünə əşyalar atmağa başlayıblar. Onlardan biri, ehtimal ki, qaynar su ilə dolu olan qaba dəyib.

Hadisə nəticəsində müəssisənin işçisi qaynar sudan birinci dərəcəli yanıq xəsarəti alıb. 

Faktla bağlı araşdırma aparılır.

Nəzrin