Azərbaycanlı deputat içki içib, dava saldı - Bakının mərkəzində
    • 15-12-2018, 10:56
    • 966

Azərbaycanlı deputat içki içib, dava saldı - Bakının mərkəzində

Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, deputat Kamran Nəbizadə Bakının mərkəzində yerləşən restoranlardan birində sərxoş halda dava salıb. 

Bu barədə  Eynulla Fətullayev xəbər verir.

Jurnalistin sözlərinə görə, deputatın sərxoş halda saldığı dava onun gözlərinin qarşısında baş verib.

Hadisə şəhərin mərkəzində yerləşən restoranlardan birində baş verib. Anlaqlı vəziyyətdə olmayan, ayaq üstə güclə dayanan Kamran Nəbizadə kütləvi davaya səbəb olub. Yalnız restoranın mühafizə xidməti işə qarışandan sonra davanın qarşısını almaq mümkün olub.

Sərxoş deputatı birtəhər maşına oturdub evə aparıbıar.

Xatırladaq ki, bir neçə həftə öncə İspaniyada BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun sərxoş vəziyyətdə dava salması ilə bağlı qalmaqal yaşanmışdı.

//Haqqın.az