HƏMAS razılaşdı: - bu şərtlə girovları qaytarır
Dünya
HƏMAS hərbi əməliyyatlarda üç günlük fasilə müqabilində Qəzzada saxlanılan 50 girovu azad etmək üçün razılaşmaya razılaşıb.
News24.az xəbər verirki, bu barədə “Reuters” Qətərdəki rəsmi mənbəyə istinadla məlumat yayıb.
“Reuters”in məlumatına görə, belə bir razılaşma çərçivəsində İsrailin hazırda həbsdə olan bəzi fələstinli qadınları və azyaşlıları azad edəcəyi və Qəzzaya göndərilən humanitar yardımın həcmini artıracağı güman edilir.
Nəşr qeyd edib ku, İsrail hələ də müqavilənin şərtləri ilə razılaşmayıb.
Ayşən