Məhkumlar 225 min dollar pul oğurladı - Maraqlı cinayət
    • 28-07-2018, 16:14
    • 853

Məhkumlar 225 min dollar pul oğurladı - Maraqlı cinayət

ABŞ-ın Aydaho ştatında yerləşən həbsxanada məhkumlar qeyri- adi yolla cinayət işləyərək, oğurluq edə biliblər. Məsələ bundadır ki, bu həbsxanada  məhkumlara yaxınlarına məktub yaza bilmək üçün planşetdən istifadə etməyə imkan verilir.

News24.az-ın əldə etdiyi məlumata görə, 360-dan çox məhkum onlara verilən planşetlərlə "JPay" sistemini sındırıb və ümumilikdə 225 min dollar pul oğurlayıblar. Bəzi məhkumlar öz hesablarına minlərlə dollar pul keçirib. 

Qeyd edək ki, Amerikada məhkumlar  həbsxanadakı hər iş saatına görə 10-90 sent pul qazanırlar.