“Onlar nə şou göstərəcəklər?!”
    • 28-11-2023, 17:11
    • 117

“Onlar nə şou göstərəcəklər?!”

Müğənni Ayan Babakişiyeva həmkarları ilə bağlı sərt açıqlamalar verib.

News24.az OLAY-a istinadla yazır ki, bu barədə o, “Xəbərin var?” verilişində danışıb. Sənətçi deyib ki, estrada ilə toy müğənnilərini qarışdırmaq olmaz:

“Estrada ilə digər ifaçıları qarışdırmaq lazım deyil. İstəyirlər incisinlər, istəyirlər yox. Yutubda bir mahnını 5-10 min verib trend etmək bizim səviyyədə deyil. Mənə də deyirlər, gəl, mahnını trend edək, səhifəni 2-3 milyona qaldıraq. Özümü niyə aldadım? Bizim klip təqdimatımıza Aygün Kazımova, Faiq Ağayev gəlib. O müğənnilər isə el şənliklərində iştirak ediblər. Sonradan kommersiya xarakterli verilişlər açılıb, onlar orada oxuyublar. Mən kliplərim üçün pul xərcləmişəm, sənətimə sərmayə qoymuşam. Efirə pul verib çıxmamışam.

Sənətdə ilk səhnəm Heydər Əliyev adına Sarayda olub, məni Aygün Kazımova ilə Murad Dadaşov təqdim edib. Düşünmürəm ki, o müğənnilər həmin səhnədə elə təqdim olunublar. Şou-biznes başqa şeydi, tanınmaq başqa. Ola bilər ki, biznesdədir. Məclis müğənnisi toy mahnısı ifa edib. Bu deməkdir ki, şou göstərib? Bəs, bizim bahalı işlərimiz?! Biz şou göstəririk, onlar isə biznesdir. Ucuz mahnılarla. Mənə trend deməyin, trend pulladır. Onlar şou-biznesə yox, biznesə aiddir. Toy və şou biznesi ayrıdır. Onları aşağılamıram, hörmətim var, gözəl insandılar, özləri, öz məclisləri üçün sənətçidilər. “6/8” ölçüsündə oxuyub nə şou göstərəcəklər? Sənəti bu qədər uculaşdırmayın. Bir var ki, estrada müğənnisi bir sözü ilə manşet olur. Amma onlarda o ona söz atır, bu ona. O deyir bu mənim mahnımdır. Bir bəstəkar mahnı yazır, 5 müğənni oxuyur. Mahnı üstündə bir-birilərini qırırlar. Sonra keçirlər bir-birilərinin şəxsi həyatını müzakirə etməyə. Bunlar ucuz mövzulardır. Bunların şouya heç bir aidiyyəti yoxdur. Axırıncı layihəmi təqdim etdim, çəkildim kənara. Estrada müğənnilərini efirlər hamısı çağırır. Amma mən bilmədiyim, münasibətim olmayan insanlarla efirə çıxmıram. O A-dan danışacaq, mən B-dən. Fərqli dünyaların insanlarıyıq, mahnılara da başqa bucaqdan baxırıq”.