"Tezliklə həm İsrailə, həm də Ukraynaya.." - ABŞ
    • 28-11-2023, 17:38
    • 92

"Tezliklə həm İsrailə, həm də Ukraynaya.." - ABŞ

“Vaşinqton tezliklə həm İsrailə, həm də Ukraynaya əlavə yardım göstərəcək”. 

News24.az xəbər verir ki, bu barədə bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib.

“Düşünürəm ki, yaxın günlərdə hər şey həll olunacaq. Əminəm ki, biz bunu bacaracağıq və bunu sona qədər görəcəyik”.

Conson əlavə edib ki, məsələ ilə məşğul olan hər kəs məsələnin təcili həll edilməli olduğunu başa düşür və hazırda Konqres üzvləri arasında çox düşünülmüş söhbətlər gedir.

“Hazırda ABŞ üçün İsrailə yardım birinci yerdədir, baxmayaraq ki, Ukraynaya yardım da prioritetlər siyahısındadır. Əlbəttə, biz Vladimir Putinin Avropa üzərindən yürüş etməsinə icazə verməyəcəyik və Ukraynaya yardımın göstərilməsinin vacibliyindən xəbərdarıq”.

Ayşən