-
- 28-11-2023, 20:58
- 367
Bölgədə müharibə gərginliyi: Sərhəddə qoşun toplanır
Şimali Koreyanın Cənubi Koreya ilə sərhəddəki hərəkətləri hərbi gərginlik və yanlış hesablama riskini artırır.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən “Yonhap”a bildirilib.
ABŞ rəsmisi qeyd edib ki, Şimali Koreya yenidən sərhəddə təhlükəsizlik postları qurmağa və ağır silahlar yerləşdirməyə başlayıb.
Cənubi Koreya Müdafiə Nazirliyi bildirib ki, Pxenyanın 2018-ci ildə iki ölkə arasında hərbi gərginliyin azaldılması sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyəcəyini açıqlamasından sonra Şimali Koreya qoşunlarının iki dövləti ayıran demilitarizasiya zonasında müdafiə postları qurduğunu və silah daşıdığını təsbit edib.
“Şimali Koreyanın hərəkətləri Koreya yarımadasında hərbi eskalasiya və səhv hesablama riskini artırır. Bu hadisələr fonunda Birləşmiş Ştatlar bir çox kanallar vasitəsilə Cənubi Koreya ilə sıx və davamlı əlaqə saxlayır”, - Dövlət Departamentinin nümayəndəsi deyib.