-
- 4-10-2023, 19:30
- 448
Şimali Koreyaya xəbərdarlıq EDİLDİ
Cənubi Koreya prezidenti Yoon Suk Yeol bəyan edib ki, Şimali Koreyanın istənilən təxribatına dərhal cavab veriləcək.
News24.az xəbər verir ki, Yoon Koreya Veteranlar Dərnəyinin 71-ci ildönümü mərasimində Şimali Koreya təxribatları ilə bağlı açıqlama verib.Cənubi Koreyanın təhlükəsizliyinin daxildən və xaricdən təhdid altında olduğunu bildirən Yoon bildirib ki, saxta xəbərlər və yalan manipulyasiyalar vasitəsilə edilən təxribatlar da ölkənin demokratiyasını təhdid edir.
Yoon Şimali Koreyanın nüvə təhdidləri və təxribatlarının qarşısını almaq üçün Cənubi Koreya-ABŞ ittifaqını nüvə əsaslı ittifaq səviyyəsinə yüksəltdiklərini bildirib.