Erməni deputat Bakıda yaşamaq istəyir - VİDEO

Erməni deputat Bakıda yaşamaq istəyir - VİDEO Dünya

Azərbaycan təhlükəsizlik təminatı verərsə, Bakıya getmək, orada yaşamaq istəyərdim”.


News24.az “Hraparak”a istinadla istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Vilen Qabrielyan bildirib.


Qabrielyan Bakıda "erməni tarixi-mədəni izləri" adlı sərginin keçirilməsi təşəbbüsü ilə çıxış edib. 

Deputat təhlükəsizlik təminatı veriləcəyi təqdirdə, Bakıya köçəcəyini deyib.

O, Ermənistanın da azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməli olduğunu dilə gətirib.


 “Dünya yeni yaranmayıb, bir-biri ilə müharibə aparan, sonra sülh şəraitində yaşayan çoxlu dövlətlər var”, - deyə o bildirib.

 Qabrielyan hesab edir ki, hər iki tərəf – Ermənistan və Azərbaycanın qaçqınların geri qayıtmasını təmin etməlidir.

Qeyd edək ki, 40 yaşlı deputat 25 avqust 1983-cü ildə Bakı şəhərində anadan olub. 

Ayşən