Azərbaycan və Ərəbistan hərbi sahədə əməkdaşlıq edəcək
    • 7-04-2019, 22:16
    • 1 121

Azərbaycan və Ərəbistan hərbi sahədə əməkdaşlıq edəcək

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

News24.az
Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ölkələrimizin orduları arasında əlaqələrin inkişaf perspektivləri,  eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş" imzalanıb.