-
- 29-11-2023, 15:22
- 176
Qəzzada atəşkəsi hansı ölkələr uzadıb?
ABŞ, Misir, İsrail və Qətər nümayəndələri Qəzza zolağında atəşkəs rejiminin uzadılması üçün fəal işləyirlər.
News24.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, yuxarıda adları çəkilən dörd ölkənin nümayəndələri Dohada görüşüblər və bu qənaətə gəliblər ki, girovların mübadiləsi ilə bağlı əldə olunmuş razılaşmalara əsasən, girovların mübadiləsi davam edərsə, silahlılar cümə axşamı girovların əlavə siyahısını təqdim edə biləcəklər. Buna əsasən, HƏMAS bu gün 10 israillini azad edəcək.
Beləliklə, atəşkəsin daha bir gün uzadılması mümkün olacaq.
Qeyd olunur ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns və İsrailin Mossad kəşfiyyat idarəsinin rəhbəri Devid Barnea hazırda Qətərdədir. Onlar HƏMAS rəhbərliyi ilə sıx əlaqələri olan Qətərin xüsusi xidmət orqanlarının nümayəndələri ilə müzakirələr aparırlar.
Ayşən