-
- 29-11-2023, 15:46
- 195
Ərdoğandan sərt sözlər: "Qəzzanın qəssabı"
“Qəzzadakı məscidlər bombalanıb. Məktəblər xarabalığa çevrilib. Onların sığındıqları qaçqın düşərgələri qəsdən hücumların hədəfinə çevrilib. Netanyahu artıq öz adını "Qəzzanın qəssabı" kimi tarixə yazdırıb”.
News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ölkə başçısı qeyd edib ki, Türkiyə bəzi qərb ölkələrinin reaksiya verməməsini unutmayacaq: "Onları məsuliyyətə cəlb etmək üçün hər cür cəhd edəcəyik. Qəzzada olan qardaş və bacılarımızı bütün gücümüzlə dəstəkləyirik. Qəzzadakı bacı-qardaşlarımız bəşər tarixinin ən xain hücumuna məruz qalıb.
Ayşən