Qırmızı Körpü yolunda FACİƏ: ÖLƏN VAR
    • 29-11-2023, 17:37
    • 409

Qırmızı Körpü yolunda FACİƏ: ÖLƏN VAR

Rustavi-Tbilisi yolunun Qırmızı Körpü yaxınlığında minik avtomobili iki nəfər piyadanı vurub.

News24.az xəbər verir ki, hadisə zamanı hər iki şəxs aldıqları xəsarət nəticəsində dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, yük maşınlarının sürücüləri Qırmızı Körpü gömrük buraxılış məntəqəsi yaxınlığında dayanmışdılar və bir-biri ilə söhbət edirdilər. Bu zaman yolda hərəkətdə olan minik avtomobili onları vurub. Hadisə ilə bağlı minik maşınının sürücüsü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Nəzrin