Piyada yol qəzasının qurbanı oldu
    • 4-12-2019, 00:54
    • 1 000

Piyada yol qəzasının qurbanı oldu

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Ələt-Astara magitral yolunun rayonun Xıdırlı kəndinin ərazisindəki körpü yaxınlığında qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Mustafayev Sadıq Seyidağa oğlu yolda gedən zaman onu avtomobil vurub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.