Sevda Əliqızı ilə bağlı SON XƏBƏR - FOTO
    • 30-11-2023, 10:05
    • 286

Sevda Əliqızı ilə bağlı SON XƏBƏR - FOTO

Xərçəngdən əziyyət çəkən müğənni Sevda Əliqızı əməliyyat olunub.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov sosial media hesabında paylaşım edib.

O, müğənni ilə xəstəxanadan fotolarını paylaşaraq bunları yazıb: 

"Heç kim xəstəlikdən sığortalanmayıb. Xüsusən də bütün günü əsəb, stres içində yaşayan insanlar daha çox səhhətləri ilə bağlı problemlər yaşayırlar. Əsrin bəlası olan xərçəng də hər addımda insanları yaxalayır, onlara həyatı dar edir. Mən xərçənglə mübarizənin nə demək olduğunu gözəl bilirəm. Çünki artıq neçə illərdir ki, ona üsyan edirəm. Bu gün belə bir iradəyə sevilən müğənni Sevda Əliqızının da ehtiyacı var. Çünki o, artıq neçə vaxtdır ki, süd vəzi xərçəngindən əziyyət çəkir. Sevda xanımın qorxduğu əməliyyat peşəkar həkim tərəfindən uğurla həyata keçirilib".