Bakının bu küçəsində yaşayanlar səhəri ŞOK içində açdı - Bir gecədə 9 avtomobil
    • 6-04-2019, 10:25
    • 974

Bakının bu küçəsində yaşayanlar səhəri ŞOK içində açdı - Bir gecədə 9 avtomobil

Bakının Xətai rayonunda yerləşən küçələrdən birində bir gecədə 9 maşın qarət edilib. news24.az-ın məlumatına görə, general Əliağa Şıxlınski küçəsində gecə saatlarında 9 avtomobilin şüşəlıri sındırılıb. Avtomobillərdən pul və sənədlər götürülüb. Oğurluq edilən avtomobillərin hamısının Mercedes markalı olması diqqət çəkir. Maşınların sahibi bütün avtomobillərin eyni adam tərəfindən və eyni üsulla yarıldığını deyiblər.

Faktla bağlı araşdırma aparılır.

Taleh BAĞIROV