Şimali Koreya ABŞ-la dialoqu bərpa etməkdən imtina etdi

Şimali Koreya ABŞ-la dialoqu bərpa etməkdən imtina etdi Dünya

Koreya Xalq Demokratik Respublikası (KXDR) heç vaxt ABŞ-la danışıqlar masası arxasına əyləşməyəcək və bu ölkə ilə dialoqu bərpa etməyəcək.

News24.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çenq deyib.

Suveren bir dövlətin suverenliyi müzakirə edilə bilməz və buna görə də Pxenyan bu mövzunu Vaşinqtonla heç vaxt müzakirə etməyəcək. Kim Yo Conqun sözlərinə görə, KXDR heç bir məhdudiyyət olmadan BMT üzvü kimi siyasətini davam etdirəcək, Amerika tərəfi isə qlobal sülh və təhlükəsizliyi pozacaq.

Nəzrin