SON DƏQİQƏ! Zelenski NATO-dan İSTƏDİYİNİ ALDI: - "RAZIYIQ..."

SON DƏQİQƏ! Zelenski NATO-dan İSTƏDİYİNİ ALDI: - "RAZIYIQ..." Dünya

“Müttəfiqlər Ukraynanın NATO-ya üzv olacağına razıdırlar".

News24.az musavat.com-a istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq NATO-Ukrayna Şurasının iclasında deyib.

"Biz Ukraynanın korrupsiyaya qarşı mübarizə aparması, qanunun aliliyinin gücləndirilməsi, insan haqları və azlıqların hüquqlarının dəstəklənməsi kimi prioritet islahatlarla bağlı tövsiyələr verdik" - o bildirib.

Stoltenberq vurğulayıb ki, Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır:

"Biz onları üzvlük yolunda dəstəkləməyə davam edəcəyik. NATO Ukraynanın azadlıq mübarizəsini dəstəkləməyə davam edəcək".