Rusiyadan müharibə açıqlaması:
    • 30-11-2023, 13:22
    • 105

Rusiyadan müharibə açıqlaması: "Parçalanma davam edəcək"

Moskva ilə Kiyev arasında atəşkəs gözlənilmir”.

News24.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O qeyd edib ki, Ukrayna münaqişəsi daha çox sülh sazişinin bağlanması ilə deyil, Rusiya tərəfinin qarşıya qoyduğu bütün məqsədlərin reallaşması ilə bitəcək. 

"ABŞ-ın Ukraynanı Rusiya hakimiyyəti ilə barışıq imzalamağa məcbur edə biləcəyini düşünmək üçün heç bir əsas yoxdur. Bu bəyanat ən azı o deməkdir ki, zəmanəmizin ən qəddar hərbi münaqişələrindən biri az qala Avropanın mərkəzində daha bir il davam edəcək. Baxmayaraq ki, kəskin dönüşlərin ola biləcəyini və Moskva ilə Kiyevin sülh danışıqlarına başlaya biləcəyini heç vaxt istisna etmək olmaz. Eyni zamanda deyilənlər həm də o deməkdir ki, Rusiya tərəfinin heç bir güzəştə getmək niyyəti yoxdur və Rusiya-Ukrayna müharibəsi başlayan gün Rusiya prezidenti Vladimir Putinin qarşısına qoyduğu məqsədlər tam şəkildə həyata keçiriləcək”.

Onun sözlərinə görə, bütün bunlar qlobal miqyasda bir şeyi ifadə edə bilər: “Rusiya-Ukrayna müharibəsinin başlaması ilə xüsusilə aydınlaşan yeni qlobal “böyük parçalanma” dərinləşməkdə davam edəcək. Geosiyasi rəqabət və qarşıdurma da güclənəcək. Ola bilsin ki, iki düşərgə arasında yeni “dəmir pərdə” yaransın ki, bunu şərti olaraq “birqütblü dünya tərəfdarları düşərgəsi” və “çoxqütblü dünya tərəfdarları düşərgəsi” adlandıra bilərik”.

Ayşən