Artıq Atatürk Hava Limanı yoxdur... - – VİDA - VİDEO

Artıq Atatürk Hava Limanı yoxdur... - – VİDA - VİDEO Maraqlı
Atatürk Hava Limanı gecə saatlarında son sərnişinlərini yola saldıqdan sonra bağlanıb.

News24.az xəbər verir ki, Atatürk Hava Limanından son uçuş 319 sərnişinlə Sinqapura olub. Gecə 02:40-da həyata keçirilən uçuş zamanı hava limanında olan işçilər və tarixi anın şahidi olmaq istəyənlər göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Atatürk hava limanı 1912-ci ildə inşa edilib. İlk adı Yeşilköy hava limanı olub. Hava limanı 1953-cü ildən etibarən beynəlxalq uçuşlar həyata keçirməyə başlayıb. 1985-ci ildə isə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adı ilə fəaliyyətini davam etdirib.

Atatürk Hava Limanı 2016-cı ilin 4 sentyabrında enən və qalxan təyyarələrin sayı ilə dünya rekorduna imza atıb. Həmin gün 1453 təyyarə yəni, hər 59,56 saniyədən bir  enib və qalxıb.

Artıq Atatürk Hava Limanı yoxdur... - – VİDA - VİDEO Artıq Atatürk Hava Limanı yoxdur... - – VİDA - VİDEO Artıq Atatürk Hava Limanı yoxdur... - – VİDA - VİDEO Artıq Atatürk Hava Limanı yoxdur... - – VİDA - VİDEO