Bu da 10 milyonuncu sakinimiz - FOTO
    • 7-04-2019, 12:49
    • 1 047

Bu da 10 milyonuncu sakinimiz - FOTO

Tanınmış aparıcı Hacı Nuran Hüseynov dünən Azərbaycanda dünyaya gələn 10 milyonuncu sakini xəstəxanada ziyarət edib.

News24.az xəbər verir ki, o, Mehriban adı verilən körpə ilə çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb və əhalimizin sayının 10 milyona çatması münasibətilə Azərbaycan xalqını təbrik edib.    

10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə ilə bu gün paytaxt Bakıda silsilə konsert tədbirləri keçiriləcək.

Eyni zamanda atəş-fəşanliq olacaq. Qeyd edək ki, Mehriban adı verilən 10 milyonuncu sakin ailənin ilk övladıdır.