XİN başçıları regiondakı son durumu müzakirə etdi

XİN başçıları regiondakı son durumu müzakirə etdi Siyasət

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində İsveçin xarici işlər naziri Tobias Billström ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "x" hesabında paylaşım edilib.

Bildirilib ki, nazirlər ikitərəfli gündəliyin cari vəziyyətini və perspektivlərini, həmçinin son regional hadisələri müzakirə ediblər.