Özünü məktəbin 3-cü mərtəbəsindən atan ŞAGİRD ÖLDÜ
    • 6-04-2019, 12:07
    • 1 371

Özünü məktəbin 3-cü mərtəbəsindən atan ŞAGİRD ÖLDÜ

2 gün əvvəl Səbail rayonu 162 saylı məktəbin 3-cü mərtəbəsindən özünü atan şagird vəfat edib.

Bu barədə news24.az-a 1 saylı Şəhər Xəstəxanasından məlumat verilib. 8-ci sinif şagirdi olan 15 yaşlı Elina Hacıyeva əməliyyat ediləndən sonra onun səhhətində gözlənilən irəliləyiş olmayıb. Ağ ciyərində ağır zədələr olan qız bu gün saat 10:00 radələrində dünyasını dəyişib.

Məktəblinin psixoloji sarsıntı nəticəsində həyatına qəsd etdiyi məlum olub.