“Mançester Siti”nin xalı silinə bilər - CƏZA MÜDDƏTİ
    • 30-11-2023, 17:59
    • 161

“Mançester Siti”nin xalı silinə bilər - CƏZA MÜDDƏTİ

"Mançester Siti"nin maliyyə qaydalarını pozması ilə bağlı cəzanın açıqlanacağı vaxt dəqiqləşib.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, məhkəmə gələn ilin payızının sonlarına təyin edilib.

Cəzanın 2025-ci ilin yayından veriləcəyi iddia olunur.

"Şəhərlilər" 2009/10 mövsümündən sonra 14 ildə 115 dəfə qaydanı pozmaqda ittiham edilir. Əgər bu təsdiqini taparsa, Pep Qvardiolanın komandası böyük xal itkisi ilə üzləşə bilər.

Qeyd ki, daha öncə “Everton” maliyyə qaydalarını pozduğuna görə 10 xalı silinib.