-
- 30-11-2023, 19:00
- 184
“Sumqayıt”ın ayağı sınan futbolçusu barədə YENİ XƏBƏR
Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Sumqayıt”ın ayağı sınan futbolçusu Kristian Velinovski əməliyyat olunub.
News24.az İdman.biz-a istinadla xəbər verir ki, onun ayağı 14 gün müddətində gipsdə olacaq.
Bu müddət ərzində xəstəxanada qalacaq yarımmüdafiəçi 4 həftə sonra artıq əl ağacı olmadan yeriyə biləcək. Kristian 3-4 ay sonra məşqlərə başlayacaq.
Qeyd edək ki, Kristian "Lerik" - "Sumqayıt" matçının 23-cü dəqiqəsində ağır xəsarət alaraq meydanı tərk edib. O, dərhal xəstəxanaya çatdırılıb.
Qarşılaşma “Sumqayıt”ın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.