Qarabağ Universitetində erməni müəllimlər də dərs deyəcək

Qarabağ Universitetində erməni müəllimlər də dərs deyəcək Maraqlı

Elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində erməniəsilli müəllimlərin dərs deyib-deməyəcəyi haqda sualı cavablandırıb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə nazir bu gün keçirdiyi brifinqdə danışıb.

O qeyd edib ki, ölkəmiz həmişə bu baxımdan tolerant olub: "Azərbaycan insanların etnik kimliyindən asılı olmayaraq tolerant ölkədir. Azərbaycan təhsilində də bu həmişə olub və indi də var".