Nərgiz Məhəmmədi daha bir mükafata layiq görüldü
    • 1-12-2023, 10:33
    • 162

Nərgiz Məhəmmədi daha bir mükafata layiq görüldü

Güneyli hüquq müdafiəçisi, qadın hüquqları və söz azadlığı uğrunda mübarizəyə görə Nobel Sülh Mükafatının qalibi, hazırda siyasi məhbus Nərgiz Məhəmmədi  “Financial Times” nəşri tərəfindən 2023-cü ilin ən nüfuzlu 25 qadınından biri seçilib.

News24.az bildirir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Qeyd edək ki, Nərgiz Məhəmmədi oktyabrın 6-da Nobel Komitəsi tərəfindən 2023-cü il Sülh Mükafatının qalibi seçilsə də, hələ də Tehranda həbsdədir və ona bu mükafatı almaq üçün Osloda keçirilən mərasimə qatılmasına icazə verilməyib.

Nəzrin