Zelenski xəbərdarlıq etdi:
    • 1-12-2023, 10:57
    • 102

Zelenski xəbərdarlıq etdi: "Qarşıdurma yeni mərhələyə keçir"

“Rusiya və Ukrayna arasında qarşıdurma yeni mərhələyə qədəm qoyur”.

News24.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Associated Press”ə müsahibəsində deyib. 

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin yay əks-hücum əməliyyatı daim silah və şəxsi heyət çatışmazlığı səbəbindən istənilən nəticəni verməyib. 

Dövlət başçısı hesab edir ki, qarşıdan gələn qış cəbhədə hərbi əməliyyatları çətinləşdirəcək. Zelenski mövcud vəziyyətdən narazı olduğunu, lakin “çox şikayət edə bilməyəcəyini” vurğulayıb.

O etiraf edib ki, HƏMAS və İsrail arasında münaqişə səbəbindən Kiyevə dəstəyin azalmasından qorxur. Bu qorxuları demokratların ABŞ prezident seçkilərində mümkün məğlubiyyəti də gücləndirir.

Ayşən