Xanım efirdə kişi müğənnini qucağında gəzdirdi – VİDEO
    • 1-12-2023, 11:42
    • 741

Xanım efirdə kişi müğənnini qucağında gəzdirdi – VİDEO

Ağır atletika idmanında öz çəkisi üzrə Azərbaycan birincisi olan Fazilə İmanova efirdəki hərəkəti ilə hər kəsi təəccübləndirib. 

News24.az bizim.media-ya istinadən bildirir ki, öz gücünü nümayiş etdirmək üçün idmançı xanım "İncə səhər" verilişinə qonaq gəlib. 

Fazilə sözügedən proqramda çıxış edən "Cahan" qrupunun solisti Cahid Əlibəyovu qucağına alıb və studiyada gəzdirərək gücünü göstərə biləcəyini dilə gətirib.

Cahid buna əvvəlcə razı olmasa da, daha sonra razılaşıb. Proqramda qonaq olan Əməkdar artist Vasif Məhərrəmli Cahidi qucağına alıb və Fazilənin yanına aparıb. Bundan sonra Fazilə Cahidi qucağına alaraq onu studiyada gəzdirib.

Efirdə yayımlanan həmin anları sizə təqdim edirik: