-
- 1-12-2023, 15:17
- 476
Tanınmış blogerin övladı da qızılcaya yoluxdu - VİDEO
Tanınmış bloger Elmira Abdullanın (elmiramin.blog) övladı qızılcaya yoluxub.
News24.az xəbər verir ki, bu barədə blogerin özü sosial media hesabında paylaşım edib.
O, bildirib ki, artıq bir neçə gündür ki, övladında qızdırma, halsızlıq müşahidə olunur.
"Sənin balaca canına qurban. Qızdırma uşağı lap haldan salır. Uşaqlar xəstələnməsin. Gecə səhərə də 2-3 saatdan bir qalxıb. Bu gün heç olmamışdı. Axşam temperaturu yenə 39-u keçdi",- deyə qeyd edib.
Bloger övladının foto və videolarını da paylaşıb:
Nəzrin