Putin Təhlükəsizlik Şurasını TƏCİLİ TOPLADI
    • 1-12-2023, 15:48
    • 290

Putin Təhlükəsizlik Şurasını TƏCİLİ TOPLADI

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans keçirib. 

News24.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

İclasda ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün texnoloji suverenliyin əldə edilməsi müzakirə olunub.

Hökumət sədrinin birinci müavini Andrey Belousov hesabat məruzəsi ilə çıxış edib.

İclasda baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, müdafiə naziri Sergey Şoyqu və şuranın digər daimi üzvləri iştirak edib.