Lavrovdan Blinken və Borelə sərt sözlər: - "o qorxaqlar..."
Dünya
“ABŞ dövlət katibi Antoni Blinkenin və Avropa diplomatiyasının rəhbəri Cozef Borelin Skopyeni vaxtından əvvəl tərk etməsi onların qorxaqlığını nümayiş etdirir”.
News24.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Mən başa düşdüyüm kimi, Blinken getdi, Borel də getdi. Bu niyə baş verir? Onlar yəqin ki, belə hesab edirlər ki, bununla Rusiyanı təcrid edəcəklər. Amma mən hesab edirəm ki, onlar sadəcə qorxaqdırlar, əllərində faktlar olan istənilən vicdanlı söhbətdən qorxurlar”,- Lavrov bildirib.
Ayşən