“Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” MÜZAKİRƏ EDİLDİ
    • 2-12-2023, 11:30
    • 504

“Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” MÜZAKİRƏ EDİLDİ

Bu gün "Hilton" otelində “Liatris Holding”in təşkilatçılığı, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə  Heydər Əliyevin 100 illiyinə həsr edilən “Qadına şiddətə son” layihəsi çərçivəsində “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı Dəyirmi Masa təşkil edilib.

News24.az xəbər verir ki,  dövlət və cəmiyyətin ortaq problemi olan qadına qarşı zorakılığa diqqəti cəlb etmək, zərif cinsin nümayəndələrinin fiziki, psixoloji, iqtisadi, seksual, hüquqi zorakılıqlara məruz qalmasının qarşısının alınmasına dəstək olmaq məqsədi daşıyan Dəyirmi Masada dövlət qurumlarının nümayəndələri, tanınmış ictimai xadimlər, millət vəkilləri iştirak edir.

Tədbirdə “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, əməkdaşları, eləcə də, millət vəkilləri Arzu Nağıyev, Fazil Mustafa, Jalə Əhmədova və digər aparıcı media qurumlarının kapitanları çıxış edib müzakirələr aparır.

Qumral Əliyeva