Qərbin Paşinyandan tələbi: - "Rusiyanı Ermənistandan uzaqlaşdırmaqla..."

Qərbin Paşinyandan tələbi: - "Rusiyanı Ermənistandan uzaqlaşdırmaqla..." Siyasət

"Qərb Baş nazir Nikol Paşinyandan Ermənistan hökumətindəki Rusiya agentlərini hakim komandadan uzaqlaşdırmağı tələb edib".

News24.az  xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Məlumata görə, bəzi Qərb ölkələri və qurumları Paşinyandan daxili işlər naziri Vahe Qazaryanı “Rusiya casusu” hesab edərək, vəzifəsindən azad edilməsini tələb edirlər. Məsələ budur ki, son aylarda Ermənistanın yüksək rütbəli rəsmiləri KTMT və MDB-nin bütün tədbirlərini nümayişkaranə şəkildə rədd edərkən, Qazaryan sentyabrda MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının iclasına qatılıb”, - deyə qeyd edilib.

Nəşrin rəsmi mənbələrə istinadla verdiyi məlumata görə, Paşinyan bu tələbə müqavimət göstərir: “Çünki Qazaryan onun sinif yoldaşıdır və nüfuzundan bəhrələnir”.

Ayşən