Türkiyəli ulduz rejissora görə Azərbaycana gəlir - FOTO
    • 6-04-2019, 16:41
    • 850

Türkiyəli ulduz rejissora görə Azərbaycana gəlir - FOTO

Rejissor Nail Naiboğlunun Gəncədə yaradıcılıq konserti olacaq. 

News24.az xəbər verir ki, konsert mayın 5-də saat 19.00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında iş xanımı Leyla Misirovanın təşkilatçılığı, İlahə Nizamiqızının aparıcılığı ilə baş tutacaq. Rejissorun yaradıcılıq konsertində Elnur, Roza Zərgərli, Maryam Şabanova, Murad Sadıx, saz ifaçısı Daşqın Gəncəli, rəqqasələr Fatimə Fətəliyeva, Renka, turkiyəli ulduz Sedat Yeğin və başqaları iştirak edəcəklər.

Gəncə Filarmoniyasından dəvət alan rejissor təklifi sevə-sevə qəbul etdiyini açıqlayıb.

Bilətlər Gəncə Filarmoniyasınin kassalarında satılır.