Nail Naiboğlunun "Gülüm" yubiley konserti MTV-də - ANONS VİDEO
    • 28-12-2018, 12:35
    • 925

Nail Naiboğlunun "Gülüm" yubiley konserti MTV-də - ANONS VİDEO

Xəbər verdiyimiz kimi, dekbrın 20-si rejissor Nail Naiboğlunun yubiley konserti olub.

R. Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan "Gülüm" adlı konsert rejissorun mərhum həyat yoldaşına ithaf edilmişdi. Konsertdə xalq artistləri Nisə Qasımova, Fair Ağayev, əməkdar artist Manana Çaparidze, müğənnilər Sevda Yahyayeva, Roza Zərgərli, Məryəm Şabanova, Elnur Məmmədov, İzzət Bağırov, Murad Sadıx və rəqqasə Fatimə Fətəliyeva çıxış ediblər.

Konsertin efir versiyası 2019-cu ilin yanvarın 1-i saat 21.00-da MTV Azərbaycan kanalında yayımlanacaq. 

Konsertin informasiya dəstəyi www.news24.az saytı idi.

News24.Az